Abituriyentlər biliklərini sınayacaq

  04 May 2013    Oxunub : 518
Abituriyentlər biliklərini sınayacaq
Sabah Azərbaycanda növbəti sınaq imtahanları keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, sınaq imtahanlarının respublikanın 31 şəhər və rayonunda keçirilməsi planlaşdırılıb.

Sınaq imtahanı Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, ŞərurŞahbuz rayonlarında keçiriləcək.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.

AzVision.az

Teqlər: