Gürcüstan Azərbaycanla sərhəddə 5 buraxılış məntəqəsi tikəcək
Baş nazirin sözlərinə görə, habelə müvafiq sərhəd infrastrukturlarının tikintisi planlaşdırılır: "Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Gürcüstanla Azərbaycan arasında beş sərhəd sektorunun tikintisinə başlanacaq. Habelə Türkiyə ilə sərhəddə sərhəd infrastrukturlarının yenidən qurulmasına başlanacaq. Qeyd etmək lazımdır ki, Gürcüstan hökuməti sərhəd infrastrukturlarının abadlaşdırlması üçün maksimum səy göstərir. Bu il Sərhəd Polisinin inzibati binası yenidən qurulub".
İ.Qaribaşvili qeyd edib ki, 2014-cü ildə 10 yeni sərhəd sektoru (ikisi Türkiyə, ikisi Azərbaycan, üçü Ermənistan, üçü Rusiya ilə) tikilərək istismara verilib: “Sərhədlərin müdafiəsi Gürcüstanın yeni hökumətinin əsas hədəflərindən biridir”.
Teqlər: