Türkiyənin ilk hicablı hakimi- Fotolar

Türkiyənin ilk hicablı hakimi- Fotolar
  10 Noyabr 2014    Oxunub:1726
Türkiyə futbolunda tarixi hadisə baş verib.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, ilk dəfə olaraq hicablı qadın hakim futbol matçına təyinat alıb. Beynəlxalq Futbol Federasiyaları Birliyinin (FIFA) oktyabr ayında qəbul etdiyi yeni qərardan sonra Türkiyədə bu yenilik tətbiq olunmağa başlayıb. Buhra Yurdakul adlı gənc xanım Türkiyə futbol tarixinə düşdüyü üçün çox xoşbəxt olduğunu deyib.

U-15 Liqasında "Demirspor"la “Sandıklıspor” arasında baş tutan matçda yan xətt hakimi vəzifəsini yerinə yetirən hicablı hakim hər kəsin diqqətini özünə cəlb edib. Uzun qollu hakim forması geyən Buhra eyni rəngdə hicab taxıb. Xəyallarının gerçək olduğunu deyən hicablı hakim çox sevincli olduğunu söyləyib:

“1 ildir ki, gözləyirdim, sonunda FİFA-nın bu qərarı ilə meydançaya çıxa bildim. Çox xoşbəxtəm. Xəyalları olan insanlar ümidini üzməsin. Mənim xəyallarım gerçək oldu”, - deyə xanım hakim söyləyib.

Qalereya




Teqlər:





Xəbər lenti