Rus qızlarla görüşmək olmaz - Qadağa

Rus qızlarla görüşmək olmaz - Qadağa
  10 Noyabr 2014    Oxunub:6855
Böyük Britaniyada hərbçilərə yeni qadağa qoyulub.

Qadağaya əsasən indi britaniyalı hərbçilərə rus qızları iə əlaqəyə girmək olmaz.

Verilən qərara görə, britaniyalı hərbçilər həmçinin Çin qızları ilə də ünsiyyətə girə bilməzlər.

Qəbul olunmuş yasaq onunla izah olunur ki, ola bilsin ki, rus gözlləri içərisində cəsuslar olsun. Cəsus qızlar britaniyalı hərbçilərin ağlını başından ala bilər. Bu zaman hərbçilər bildikləri bütün dövlət əhəmiyyətli hərbi məlumatları özləri bilmədən rus qızlarına verə bilərlər.

Bəzən isə rus gözəlləri hərbçiləri aldada bilərlər. Yaxud onları şantaj edərək istədiklərini etdirə bilərlər.

Qeyd edək ki, son zamanlar dünyada qadın cəsusların sayı çoxalıb. Statistikaya görə, həmin cəsus qadınların çoxu da ruslardır. Onların sayəsində Britaniya ordusunun hərbi məlumatları yayılır. Bu səbəbdən də, Böyük Britaniya parlamentində problemin həll yolu müzakirə olunub. Müzakirələr hərbçilərin rus qadınları ilə ünsiyyətinə qadağa qoyulmasına səbəb olub.(Ans)


Teqlər:





Xəbər lenti