PKK lideri öldürüldü - VİDEO

PKK lideri öldürüldü - VİDEO
  11 Noyabr 2014    Oxunub:1943
PKK terror təşkilatının liderlərindən biri Kobanidə öldürülüb.

Belə bir iddia ilə İŞİD terror qruplaşmasına yaxın media orqanları çıxış edib.

Xəbərdə deyilir ki, Kobanidə İŞİD ilə kürd yaraqlıları arasında davam edən döyüşlərdə PKK-nı idarə edən 3 şəxsdən biri olan Bahoz Erdal öldürülüb. İddiaya görə, Bahoz Erdal öldürülən zamann onun sifəti tanınmaz hala düşüb.

Bahoz Erdalın Şimali İraqdan kürd yaraqlılara mənəvi dəstək və İŞİD-ə qarşı müqaviməti təşkil etmək üçün Kobaniyə gəldiyi bildirilir. O, şəhərin "Azadi" (Azadlıq) meydanında olarkən İŞİD birdən hücum edib. Hücumda Bahoz Erdalı mühafizəçiləri və kürd yaraqlıları qoruya bilməyib.

Xəbərdə iddia edilir ki, Kandildən Bahoz Erdalın öldürülməsinin gizli saxlanılması əmr edilib.

Qeyd edək ki, Bahoz Erdal adıyla bilinən bu şəxsin əsl adı Fehman Hüseyndir. Terrorçu lider 1969-cü ildə Suriyada anadan olub. Gənclik illərində Dəməşqdə tibb təhsili alıb. Öcalanın tutulmasının ardından Murat Karayılan və Cəmil Bayıkla birlikdə PKK-nı idarə ediblər. 2004 və 2009-cü illərdə PKK Suriya qanadı olan JPG-yə komandanlıq edib. O, son olaraq TAK adlı şəbəkəni nəzarətində saxlayıb. (ans)





Teqlər:





Xəbər lenti