Ruslar təşvişdə - qiymətlər bahalaşır

Ruslar təşvişdə - qiymətlər bahalaşır
  11 Noyabr 2014    Oxunub:6133
Ruslar qərb sanksiyalarına cavab olaraq tətbiq edilən ərzaq məhsullarına idxalının qadağan edilməsinin neqativ nəticələrini öz üzərilərində hiss etməyə başlayıblar.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Vedomosti” qəzeti “Levada” mərkəzinin apardığı sorğunun nəticələrinə əsasən xəbər verir.

Sorğunun nəticələrinə əsasən malların idxalının qadağan edilməsini dəstəkləyən rusların sayı avqust ayı ilə müqayisədə 78-dən 73 faizə, cavab sanksiyalarının qida ilə bağlı problemlərin yaratmadığını bildirənlərin sayı isə 63 faizdən 52 faizə düşüb.

Eyni zamanda mağazalarda ərzaq məhsullarının qiymətinin artığını bildirən respondentlərin sayı ötən ayla müqayisədə iki dəfə artaraq 64 faizə yüksəlib. Bundan əlavə rusların 61 faizi yaşayış səviyyəsinin aşağı düşəcəyi və iqtisadi böhranının baş verəcəyini gözlədiklərini etiraf ediblər.

Sorğu iştirakçılarının 56 faizi bildirib ki, bütün bu neqativ hallar Krımın Rusiyaya birləşdirilməsi və Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətlə əlaqədardır.

Ruslar qiymət artımını görsələr də bu halın baş verməsində Rusiya hökumətini yox, Qərbdə günahlandırılar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti