Putin və Obama yenidən görüşdü

Putin və Obama yenidən görüşdü
  11 Noyabr 2014    Oxunub:2139
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASOİƏ) sammitinin ilk iclasından sonra yenidən görüşüb.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Hər iki ölkə lideri iclas zalında birgə fotoşəkil çəkdirmək mərasiminə gecikərək söhbət edib. Görüşün digər iştirakçıları Putin və Obamanı gözləməli olub. Prezidentlər zala söhbət edə-edə gəliblər. Putin və Obamanın hansı mövzuda danışdığı açıqlanmır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin danışqılar aparması barədə məlumatı təsdiqləyib: “Putin və Obama sammitin kuluarlarında danışıqları davam etdirir”.

Qeyd edək ki, bazar ertəsi də hər iki ölkə lideri bir neçə dəqiqə ərzində söhbət edib. Peskovun sözlərinə görə, prezidentlər yalnız bir-birini salamlamağa macal tapıblar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti