Stalin nədən qorxurdu? - Tarixi fakt

Stalin nədən qorxurdu? - Tarixi fakt
  11 Noyabr 2014    Oxunub:5220
SSRİ lideri İosif Stalinin həyatında cəmi 1 dəfə təyyarəyə mindiyi məlum olub.

AzVision.az-ın məlumatına görə, rus tarixçilər bildirir ki, Stalinin təyyarə fobiyası olub. Belə ki, 1931-ci ildə Stalin yeni sovet təyyarələrini yoxlamaq məqsədilə TB-3 tipli hərbi təyyarəyə minmək istəsə də Sovet Hava Hücumundan Müdafiə Qüvvələrinin rəsmiləri buna mane olub. Bu hadisədən 1 ay sonra yerə çırpılan ANT – 9 tipli təyyarədə ordunun baş qərargah rəisinin müavini Vladimir Triyandafilovla birgə bir neçə yüksək rütbəli hərbçi həlak olub.

Tarixçilər qeyd edir ki, Stalin bu məsələni iki dəfə “Politbüro”da müzakirəyə çıxarıb və yüksək çinli dövlət məmurlarının təəyyarəyə minməsini qadağan edib.
İki ay sonra Moskva şəhərində qəzaya uğrayan daha bir təyyarədə isə Sovet hava hücumundan müdafiə qüvvələrinin komandiri Pyotr Baranov dünyasını dəyişib. Bu hadisə Stalini yeni təyyarə istehsalı ilə bağlı ciddi düşünməyə vadar edib.

1935-ci ildə isə Stalin və “Politbüro”nun iki nümayəndəsinin yeni “Maksim Qorki” təyyarəsinə minəcəyi gözlənilsə də son anda qərar dəyişib. Təyyarə 700 metr yüksəldikdən sonra yerə çırpılıb. İddialara görə bu qəzalar Stalində təyyarə qorxusunun yaranmasına səbəb olub.

Buna görə də o, həyatında yalnız bir dəfə - 1943-cü ildə təyyarəyə minib. Bu da İranın paytaxtı Tehrana Konfransa gedəndə olub.

Paytaxt Bakıya zirehli qatarla gələn Stalin buradan geriyə Li-2 tipli təyyarəylə geri qayıdıb və bu təyyarə çox ciddi yoxlanılıb.

1945-ci ildə Yalta və Podstamdakı konfranslara gedəndə də quru və qatar yolunu seçməsinin səbəbi sui-qəsd ehtimalı idi. Onun qorunması üçün isə minlərlə Sovet əsgəri və agentinin növbədə dayandığı bildirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti