“Müəllimlərin maddi təminat məsələsi diqqətimizdədir”

“Müəllimlərin maddi təminat məsələsi diqqətimizdədir”
  04 May 2013    Oxunub:1322
“Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın mənəviyyatının əsaslarını qoyuruq”.
AzVision.az xəbər verir ki, bu sözləri məktəblərdəki mövcud durumlardan danışan təhsil naziri Mikayıl Cabbarov bildirib.

“Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın gələcək həyat yolunu, mənəvi dəyərlərimizə və əqidələrinə, milli identifikasiyasına, vətəndaşlıq hisslərinə bilavasitə təsir edir.
Bundan irəli gələrək bildirirəm ki, bu məsələdə valideynlərin də rolunu qeyd etmək lazımdır”-deyə o əlavə edib.

Nazir vurğulayıb ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq:

“Təhsil sahəsində Təhsil Nazirliyinin və Təhsil müəssisəsinin təkbaşına səyləri ilə vəziyyətin düzəldilməsinə inanmaq sadəlövhlük olardı. Bu, eyni zamanda hər bir ailənin və bütövlükdə cəmiyyətin ümumi işidir. Vətəndaş cəmiyyətinin formalaşmasnda təhsilin xüsusi yeri var və onun kiçik modeli məhz burada valideynlərin və digər maraqlı tərəflərin iştirakı ilə yaradılır. Bizim mövqeyimiz ondan ibarətdir ki, məktəblərin idarə olunmasında və təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılmalı, bunu üçün islahatlar aparılmalıdır. Şagirdlərin hüquqları ilə yanaşı, biz müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetirəcəyik. Onlara hörmətli yanaşma təmin ediləcək, iş mühitləri, maddi təminat məsələləri diqqət mərkəzində saxlanılacaq”.


Teqlər:  





Xəbər lenti