İŞİD öz valyutasını buraxacaq
Terrorçular İslamın geniş yayıldığı dövrlərdə olduğu kimi dinarla ticarət edəcək. Orta əsrlərdə olduğu kimi qəpiklər qızıl və gümüşdən hazırlanacaq.
Qeyd edək ki hazırda dinar Əlcəzair, Bəhreyn, İran, İraq İordaniya, Kuveyt, Liviya, Serbiya, Tunis və Makedoniya Respublikasında rəsmi valyutadır.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev