Bu mövsümün 5 əsas serialı – VİDEO

Bu mövsümün 5 əsas serialı – VİDEO
  11 Noyabr 2014    Oxunub:8138
Hazırda seriallar tammetrajlı filmlərlə nəinki uğurla rəqabət aparır, hətta sürətlə üstələməkdədirlər. Onların nüfuzu da artır. Bir çox məşhur rejissor və aktyorlar seriallara üz tuturlar, bu sahəyə getdikcə daha böyük pullar ayrılır.

AzVision.az
yeni sezonun dünyada ən maraqla izlənilən 5 əsas serialını oxucularına tanıdır:

1) Hudini (Houdini)

Məşhur fokusçu Harri Hudininin həyatından bəhs edən serialda baş rolda taınmış aktyor, “Oskar” laureatı Edrian Broudi çəkilib. Film onun kasıblıq içində keçən ağır uşaqlıqdan dünya şöhrətli illüzionistə qədər necə yüksəlməsindən bəhs edir.

Serial “History” kanalının layihəsidir.




2) Ölümsüz (Forever)

Məhkəmə-tibb eksperti, tanınmış həkim Henri Morqan adi, sakit həyat sürür. Amma onun bir sirri var: doktor Morqan ölümsüzdür. Nədir onun ölümsüzlüyünün səbəbi? Doktor özü də bilmir, amma usanmadan axtarır...



3) Ştamm (The Strain)

Məşhur rejissor, “Oskar” laureatı Gilyermo del Toronun (“Hellboy”, “Favnın Lbirinti”) televiziya proyektidir. Meyidlərlə dolu təyyarə Nyu-Yorka enir. Tezliklə məlum olur ki, meyidlər xüsusi virus daşıyıcısıdırlar. Virus yoluxduğu insanların genetik kodunu dəyişməyə qadirdir. Bundan sonra ölənlər dirilərək, zombiyə çevrilirlər...




4) “Nikerborqer xəstəxanası” (The Knick)

Baş rolda məşhur aktyor Klayv Ouenin oynadığı serial eyniadlı xəstəxanada ötən əsrin əvvəllərində yaşanan proseslərdən bəhs edir. Serialın rejissoru “Oskar” laureatı Stiven Soderberqdir.



5) Əqrəb (Scorpion)

Serialın müəllifləri onun real hadisələrə əsaslandığını iddia edirlər. Filmdə Milli Təhlükəsizlik Agentliyinə işləyən gənc vunderkindlər dəstəsinin fəaliyyətindən bəhs olunur. Onların başında isə İQ-sü Eynşteyndən daha yüksək olan bir gənc dahi dayanır...



Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti