Gürcüstanın yeni XİN rəhbərinin adı açıqlandı

Gürcüstanın yeni XİN rəhbərinin adı açıqlandı
  11 Noyabr 2014    Oxunub:2079
Gürcüstan baş naziri yeni xarici işlər naziri təyin edib.
AzVision.az-ın məlumatına görə, İrakli Qaribaşvili jurnalistlər üçün xüsusi təşkil olunun brifinqdə bəyan edib ki, ölkənin yeni XİN rəhbəri Tamar Beruçaşvili olacaq.

Beruçaşvili uzun müddətdir ki, Gürcüstan XİN-ində işləyir. Daha əvvəl o, Avrointeqrasiya üzrə nazirin müavini işləyib. Beruçaşvili daha əvvəl Qaribaşvilinin vəzifəsindən kənarlaşdırılan müdafiə naziri İrakli Alasaniya dəstək verərək vəzifən gedən Mayya Pancikidze ilə birgə istefa verib. Lakin daha sonra baş nazirlə söhbətdən sonra Beruçaşvili nazirlikdə işə qayıdıb.

Təqdimat zamanı baş nazir vurğulayıb ki, yeni nazir Gürcüstanın Avropa ittifaqı və NATO-ya üzv olmasının tərəfdarıdır və onlar bu işin həyata keçməsi üçün maksimum səy göstərəcəklər.

Qeyd edək ki, noyabrın 5-də Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti