Səddam İŞİD-in yeni lideri oldu - FOTO

Səddam İŞİD-in yeni lideri oldu - FOTO
  12 Noyabr 2014    Oxunub:2284
“İraq Şam İslam Dövləti” terror təşkilatının yeni rəhbəri narkotik alverçisi Səddam Camal seçilib.

AzVision.az xəbər verir ki, bu barədə “Telegraph” qəzetinə keçmiş İŞİD-çi Əbu Abdullah məlumat verib. Təşkilatın fəaliyyətini İslama zidd saydığı üçün İŞİD-dən qaçdığını deyən Əbu Abdullah iddia edib ki, İŞİD-in yeni lideri Səddam Camaldır.
Keçmiş İŞİD-çi Səddam Camalın əvvəllər narkotik alverçisi olduğunu, daha sonra isə Azad Suriya Ordusuna qoşulduğunu bildirib:

“İŞİD Camalın evini partladıb, qardaşlarından birini öldürüb. Qardaşlarından birini isə əsir aldıqdan sonra qətlə yetirib. Bu hadisədən sonra Camal yoxa çıxıb. 2013-cü ilin noyabrında isə o, İŞİD-ə biət etdiyini açıqlayıb. İŞİD-ə qarşı etiraz edən əşirətdən 700 nəfəri öldürüb. Valideynlərinin gözü önündə bir uşağın başını kəsib”.

Qeyd edək ki, İŞİD lideri Əbubəkr əl-Bağdadi bir neçə gün bundan əvvəl ABŞ-ın hava hücumu nəticəsində ölüb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti