Naxçıvana uçanlara güzəşt

Naxçıvana uçanlara güzəşt
  12 Noyabr 2014    Oxunub:1729
Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" qərarında dəyişiklik edib.
AzVision.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki,

Dəyişikliyə əsasən, I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 2 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) bu qərarın 1-ci bəndində müəyyən edilmiş güzəştdən (20 manatdan) əlavə olaraq, 10 manat məbləğində güzəşt müəyyən edilib.

Qərar Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə həyata keçirilən uçuşlarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, əvvəllər güzəşt tətbiq edilən uşaqlar üçün minimum yaş həddi 5 yaş olub. Dəyişiklik noyabrın 15-dən qüvvəyə minəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti