“Şagirdlərin birinci sinifə qəbul olunma məsələsi araşdırılır”

“Şagirdlərin birinci sinifə qəbul olunma məsələsi araşdırılır”
  04 May 2013    Oxunub:2347
“Əvvəl qeyd etdiyim kimi, müəllimlərim məvacib məsələsi daim diqqətimizdə olacaq”
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O təhsil sahəsində tələskən qərarların verilməməsinin təərfdarı olduğunu vurğulayıb. “Amma sizə deyə bilərəm ki, şagirdlərin birinci sinifə qəbul olunma məsələsi yaxından araşdırılır, təkmilləşdirmə və dəyişiklik olduğu təqdirdə ictimaiyyət bu məsələdə daha tez zamanda məlumatlandırılacaq”.

Daha sonra nazir KİV-lə nazirliyin bundan sonra mütəmadi olaraq görüşəcəyini bildirib. “Biz təhsil naziri olaraq sizi əmin etmək istəyirəm ki, KIV vasitələri və cəmiyyətlə münasibətlərimizi tam şəffaf və açıq şəkildə quracayıq. Biz növbəti həftələr ərzində daimi olaraq brifinqlər keçirəcəyik. Çox gümanki bu birifinqlər iki həftədə bir dəfə olacaq. Təhsil Nazirliyinin müvafiq səlahiyyətə malik olan işçilərinə birbaşa suallar vermək imkanınız yaranacaq. Məlumat qıtlığı olmayacaq”

Anar


Teqlər:  





Xəbər lenti