Ruhani Azərbaycandan getdi

Ruhani Azərbaycandan getdi
  13 Noyabr 2014    Oxunub:1839
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatıb

AzVision.az-ın məlumatına görə, noyabrın 13-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti