Bu il vurulan vertolyotlar – DOSYE
Ermənilərin “Mi-24”-ü bu il ərzində başqa hava sərhəddini pozduğu üçün vurulan 5-ci uçuş aparatıdır. AzVision.az qalan dördünü xatırladır:
23 sentyabr
İsrail hərbçiləri ölkənin hava sərhədlərini pozan “MiQ-21” tipli Suriya təyyarəsini vurublar. Suriya təyyarəsinə “Patriot” Hava Hücumundan Müdafiə raket kompleksindən atəş açılmışdı.
15 sentyabr
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin hava sərhədlərini pozan “Mİ-17” tipli Suriya helikopterini vurub. Türkiyə hərbçiləri dəfələrlə helikopter pilotlarını ölkə sərhədlərini tərk etməyə çağırsalar da, onlar bundan imtina ediblər.
4 sentyabr
Venesuela Hərbi Hava Qüvvələri ölkənin hava sərhədlərini pozan təyyarəni vurublar. “King-200” tipli təyyarənin tanınma nişanları olmayıb. Təyyarə ölkənin ABŞ-la həmsərhəd olan Apur ştatında vurulub.
Qeyd edək ki, 2012-ci ilin may ayında Venesuela parlamenti hava məkanının qorunması haqqında qanun qəbul edib. Bu qanuna əsasən hərbçilər təcili enmək barədə tələbi yerinə yetirməyən təyyarəni dərhal vurmaq hüququ əldə ediblər.
23 mart
Türkiyə sərhədçiləri ölkənin hava məkanını pozan Suriya hərbi təyyarəsini vurublar. Suriya Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-23” Türkiyə hərbçilərinin ölkə sərhədlərini tərk etmək barədə çağırışlarına məhəl qoymayıb. Bununla əlaqədar havaya Türkiyə Hərbi Hava qüvvələrinin iki “F-16” tipli təyyarə qaldırılıb. Onlardan biri Suriya təyyarəsini vurub.
Eldar Tanrıverdiyev
Azvision.az