Rusiyadan helikopterin vurulmasına reaksiya

Rusiyadan helikopterin vurulmasına reaksiya
  13 Noyabr 2014    Oxunub:3617
Rusiya Azərbaycan və Ermənistanı gərginliyin artmasına aparan addımlardan çəkinməyə çağırıb.
AzVision.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç bu gün mətbuat konfransında deyib.

“Biz Dağlıq Qarabağ regionunda insanların ölümü ilə nəticələnən son insidentə görə narahatıq. Ölən şəxslərin ailələrinə başsağlığı veririk. Münaqişə tərəflərinə səslənirik, onları regionda gərginliyi artıracaq addımlardan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərlərinə Soçi, Nyu-York və Parisdə keçirilən görüşlər zamanı münaqişənin dinc yolla həll edilməsi üçün götürdükləri öhdəlikləri yerinə yetirməli olduqlarını xatırladırıq”, - deyə Rusiyalı rəsmi bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti