İŞİD lideri meydana çıxdı

İŞİD lideri meydana çıxdı
  14 Noyabr 2014    Oxunub:2131
ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının hava hücumundan sonra öldürüldüyü bildirilən İŞİD lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu iddia edilən bir səs müraciəti yayılıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu gün "Youtube"a yerləşdirilən müraciətdə Bağdadi koalisiya hücumlarının müvəffəqiyyətsizliyə uğradığını deyib.

17 dəqiqəlik müraciətdə Bağdadi Mosulda "elan etdiyi" "xəlifə"liyinin artıq Səudiyyə Ərəbistanı, Yəmən, Əlcəzair və Misirə yayıldığını söyləyib. İŞİD lideri ilanın başı olaraq Səudiyyə Ərəbistanı rəhbərliyini göstərib.

Daha sonra Ərəbistanda və Yəməndə olan şiələrə hücum çağırışı edən İŞİD lideri ABŞ-a meydan oxuyub:

"ABŞ və koalisiyası bizdən qorxur. İsrail də bizə qarşıdır. Lakin bunu açıqlamaqdan qorxur. Yəhudilər və xristianlar xilafətimizin qurulmasına qarşıdır. Koalisiyanın müvəffəqiyyətsiz əməliyyatı yalnız bizim üzərimizə bomba yağdırmaqdan ibarətdir. Onlar bizim əsgərlərimizə qarşı döyüşəcək ordu göndərməkdən qorxurlar. Ona görə "quru qüvvələr göndərməyəcəyik" deyirlər. Eyni zamanda kafir olmuş müsəlman qrupları silahla təchiz edib üstümüzə hücum etdirirlər. Ancaq İŞİD-in ələ keçirdiyi bölgələri geri ala bilmirlər".

Bağdadi ABŞ İraqa 1500 əsgər göndərilməsini xatırladaraq deyib: "Quruya enmək məcburiyyətində qalacaqlar".


Teqlər:





Xəbər lenti