İŞİD “Əl-Qaidə” ilə birləşdi

İŞİD “Əl-Qaidə” ilə birləşdi
  14 Noyabr 2014    Oxunub:3184
İraq və Şam İslam Dövləti (İŞİD) və “Əl-Qaidə” terror təşkilatları Suriyadakı düşmənləri qarşı birgə mübarizə barədə razılığa gəlib.
Bu barədə AzVision.az “BBC” istinadən xəbər verir.

Əfqanıstan və Pakistandan olan yaraqlıların iştirakı ilə hər iki terror təşkilatının nümayəndələrinin gizli görüşü noyabrın 2-i Hələb şəhəri yaxınlığında baş tutub. Görüş zamanı yaraqlılar xüsusilə ABŞ-ın dəstəklədiyi Suriya Azad Ordusu daxil olmaqla ümumi düşmənlərə qarşı birgə hücum və müdafiə olunmaq barədə qərara gəliblər.

Bu barədə məlumatı müxalifət komandiri Abu Musafer də təsdiqləyib. Onun sözlərinə görə, İŞİD və “Əl-Qaidə” terror təşkilatları Suriyanın şimalında kürdlərə qarşı da birgə mübarizə aparacaq.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti