`Emrooz`dan narkotik çıxdı

`Emrooz`dan narkotik çıxdı
  14 Noyabr 2014    Oxunub:1557
2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs İlham Gülməmməd oğlu Məmmədova qardaşı, Gəncə şəhər sakini Fikrət Gülməmməd oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman “Emrooz” yuyucu tozunun içərisində xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Teqlər:





Xəbər lenti