Polisi vuran `avtoş` sərxoş olub

Polisi vuran `avtoş` sərxoş olub
  14 Noyabr 2014    Oxunub:2266
Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda avtoxuliqanın törətdiyi qəza ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumata görə, noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti