Türkiyə Yaponiya ilə nüvə sazişi imzaladı

Türkiyə Yaponiya ilə nüvə sazişi imzaladı
  04 May 2013    Oxunub:1356
Yaponiya ilə Türkiyə arasında 22 milyard dollarlıq nüvə sazişi imzalanıb.
Yaponiyanın baş naziri Sindzo Abenin Ankaraya rəsmi səfəri çərçivəsində imzalanan sazişlə, Mitsubişi Ağır Sənaye şirkəti Sinop şəhərində yeri atom elektrik stansiyası inşa edəcək.

4800 megavatlıq stansiyasında Fransanın Areva şirklətinə məxsus nüvə reaktorlarından istifadə olunacaq.

Bundan başqa yaponlar Fransalı mütəxəssislərlə birgə Türkiyədə daha bir nüvə reaktoru üçün uyğun ərazini müəyyənləşdirəcək. Yeni inşa ediləcək stansiyada ilk reaktorun 2023-cü ildə fəaliyyətə başlacağı gözlənilir.

Səbinə Həsənova
Azvision.az



Teqlər:  





Xəbər lenti