Az qalıb, daha 12 min səs və...

Az qalıb, daha 12 min səs və...
  16 Fevral 2013    Oxunub:1573
Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə uğurla davam edir.
Fevralın 16-sı saat 10:00-a olan məlumata görə, petisiya üçün lazım olan 100 min səsdən artıq 88 min 75-i toplanıb.
Qeyd edək ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilib.
Petisiyanın əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə diqqətin artırılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasıdır. Petisiyanın Ağ ev tərəfindən müzakirəyə çıxarılması üçün 2013-cü il fevralın 23-nə qədər 100,000 imza toplamaq lazımdır.
Səs vermək üçün bura daxil ola bilərsiniz: https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt




Teqlər:





Xəbər lenti