Telekanallarda bədii şuralar 1 aya yaradılacaq

Telekanallarda bədii şuralar 1 aya yaradılacaq
  04 May 2013    Oxunub:1205
MTRŞ sədri: "Müəyyən qədər dilçilərə ehtiyacımız olacaq"
Yaxın bir ay ərzində Azərbaycan telekanallarında Bədii şuralar yaradılacaq. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, bu barədə MTRŞ-da telekanal rəhbərləri ilə dünən keçirilən görüşdə razılıq əldə olunub. Görüşdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

N. Məhərrəmli deyib ki, telekanallar qısa müddət ərzində Bədii şuraların yaradılmasını həyata keçirəcək və bu barədə MTRŞ-ya məlumat verəcək: “Telekanallar 10 gün ərzində bununla əlaqədar bizə məlumat verəcək. Ümumrespublika yayımçıları və regional kanallar hər biri Bədii Şura yaratmalıdır. Müəyyən qədər dilçilərə də ehtiyacımız olacaq. Bundan sonra ayrı-ayrılıqda bütün Bədii şuraların üzvləri ilə görüşlər keçiriləcək”.


Teqlər:  





Xəbər lenti