Ermənilər siyasi məhbusları olduğunu etiraf etdilər

Ermənilər siyasi məhbusları olduğunu etiraf etdilər
  14 Noyabr 2014    Oxunub:3112
Ermənistanın fransız dilində fəaliyyət göstərən Nouvelles d’Arménie xeber portali Parisdə bir qrup ermənin Ermənistandakı siyasi məhbuslara azadlıq aksiyası keçirdiyini yazır.

Bildirilir ki, Erməni Dirçəliş Hərəkatı, Ermənistanda demokratiyaya dəstək komitəsi və Vardan Petrosyana dəstək komitəsinin təşəbbüsü ilə Parisdə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Noyabrın 9-da baş tutan aksiyada yüzə yaxın insan iştirak edib.



Aksiyanın məqsədi Ermənistanda qeyri-qanuni həbs edilmiş Vardan Petrosyana, eləcə də rejimə etirazlarını ifadə etdiklərinə görə 7 il həbs cəzasına məhkum edilmiş Valodya Avetisyan, Şant Harutyunyan və onların yoldaşlarını dəstəkləmək olub.

Tədbirdə çıxış edən erməni dirçəliş hərəkatının sözçüsü Şant Vosgeritçianın sözlərinə görə, onların həbsi Ermənistanda məhkəmə sisteminin işləməməsinin göstəricisidir.

Vardan Petrosyanın həyat yoldaşı Ani Hamel isə bildirib ki, məhkəmə Vardan Petrosyana törətmədiyi cinayəti qəbul etdirmək istəyir: “Proses saxtakarlıqla müşahidə edilir, məhkəmə adi bir maskarada çevrilib”.

Ani Hamel, Fransanı bu ədalətsizliyə biganə qalmamağa çağırıb və Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri zamanı Vardan Petrosyanın azad edilməsi ilə bağlı verdiyi sözə əməl etməsini nəzarətdə saxlanmasını tələb edib.

Tədbir iştirakçıları hər kəsi «#freeVardanPetrosyan» şüarını sosial şəbəkələrdə paylaşmağa çağırıblar.

Onlar, Ermənistanda xalqa mənsub olan var dövlətin bir qrup oliqarx tərəfindən mənimsənildiyinə etiraz etdiklərini bəyan ediblər. Ermənistanda daha ədalətli bir rejim görmək istədiklərini bildiriblər.

Sonda aksiya iştirakçıları Ermənistanın Fransadakı səfirinə və prezident Fransua Olanda məktub göndəriblər.

Nəzərinizə çatdıraq ki, Ermənistan hökuməti dəfələrlə ölkədə siyasi məhbus olmadığını bəyan edib. Lakin erməni mətbuatının bu xəbəri yayması özlüyündə hökumətinin bu yalanını ifşa etdi. Ermənistanda siyasi məhbusların olduğunu nəinki müxalifət və yerli hüquq müdafiəçiləri, həmçinin beynəlxalq təşkilatlar da təsdiqləyir. İnsan haqları üzrə Beynəlxalq Federasiya da onların arasındadır.

Xəbərin əslini burada oxuya bilərsiniz.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti