Azərbaycanda rus rublundan imtina olunur

Azərbaycanda rus rublundan imtina olunur
  15 Noyabr 2014    Oxunub:3199
Bakıda bəzi valyutadəyişmə məntəqələri rus rublunu qəbul etmirlər.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, rus rublu payız aylarından geosiyasi risklər və neftin qiymətinin ucuzlaşması fonunda növbəti azalma mərhələsini yaşayır.

Məzənnənin zəifləməsi Rusiya Bankının noyabrın 5-dən valyuta müdaxilələrini dayandırmaq barədə qərarını açıqlamasından sonra sürətlənib. Bazar bu qərarı rublun sərbəst hərəkətə göndərilməsi kimi qəbul edib. Və nəticədə, rubl son üç gündə tarixi minimumları yeniləyib.

Azərbaycanlı ekspert Oqtay Haqverdiyev hesab edir ki, valyutadəyişmə məntəqələrinin rublun qəbulundan imtinası təbii prosesdir:

“Bu, tam məntiqlidir, çünki tələbat yoxdur. Banklara bunu etmək sadəcə sərfəli deyil” – deyə, o bildirib.

Ekspertin sözlərinə görə, əgər kimsə Azərbaycandan Rusiyaya səfər edərsə, onun özü ilə dollar aparması daha sərfəlidir, çünki Rusiyada dollara tələbat Azərbaycandan çoxdur. Burada isə dolları ondan başqa, daha aşağı məzənnə ilə alacaqlar.


Teqlər:





Xəbər lenti