İndoneziyada güclü zəlzələ: Sunami gözlənilir

İndoneziyada güclü zəlzələ: Sunami gözlənilir
  15 Noyabr 2014    Oxunub:1710
İndoneziyanın şimal-qərb sahillərində Rixter cədvəli üzrə 7,3 bal gücündə zəlzələ olub. Ölkədə sunami təhlükəsi elan edilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri yeraltı təkanların episentri Şimali Molukki əyalətində Xalmaxeranın adasının qərb hissəsindən 132 və 137 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı Mollukka dənizində, yerin 48 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ölən və ya dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, İndoneziya dünyanın ən seysmik zonasında yerləşir. 2009-cu ildə minlərlə insan Sumatrada baş verən zəlzələnin qurbanı olub. 2004-cü ildə isə güclü zəlzələdən sonra baş verən sunami 12 ölkədən yüzminlərlə insanın ölümünə səbəb olmuşdu.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti