Sarkisyanın qorxaqlığı: `Müharibə olmayacaq`

Sarkisyanın qorxaqlığı: `Müharibə olmayacaq`
  15 Noyabr 2014    Oxunub:9636
Cəbhə xəttində erməni helikopterinin vurulmasından sonra təşvişə düşən prezident Serj Sarkisyan Azərbaycanın işğal edilən ərazilərində “Qarabağ” və Ermənistan Silahlı Qüvvələrinin “Birlik-2014” operativ-texniki təlimlərini izləyib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qondarma “Dağlıq Qarabağ Respublikası”-nın prezidenti Bako Saakyanla hərbi təlimləri izlədikdən sonra Sarkisyan hərbçilər qarşısında çıxış edib.

““Dağlıq Qarabağ” və Ermənistan Silahlı Qüvvələrinin əməkdaşlığı tarixində birgə keçirdiyi ən böyük, geniş və faydalı təlimlər sona çatır. Faciəvi hadisəyə baxmayaraq, mən hesab edirəm ki, təlimlər uğurla həyata keçirildi. Təbii ki, müvafiq mütəxəssislər və vəzifəli şəxslər bununla bağlı hesabat hazırlayacaq, lakin bizim döyüş meydanında gördüklərimiz bizi sevindirir.

Sizin şərti döyüş meydanı və təmas xəttində hərəkətləriniz, hərbi hazırlığınız qiymətləndirilməlidir. Sizin ustalığınız Azərbaycanda yaşayan bir çoxlarının müharibə barədə fikirlərini dəyişdi. Onlar hesab edirdilər ki, “Qarabağ” və Ermənistana qarşı müharibə “flashmob” kimi az müddət çəkən və həzz verici bir şeydir: yığışdın, nəsə yaratdın, foto çəkdirdin və dağılışdıq. Yetər, “flashmob” olmayacaq! Bu cür gəzintilər olmayacaq! Mən əminəm ki, müharibə olmayacaq. Çünki siz güclüsünüz, çünki siz burdasınız”-deyə Sarkisyan özündənrazı şəkildə çıxış edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti