Gül vəzifəyə qayıtmaq istəyir

Gül vəzifəyə qayıtmaq istəyir
  15 Noyabr 2014    Oxunub:2694
Türkiyənin keçmiş prezidenti Abdulla Gülün hakim Ədalət və İnkişaf Partiyasına (AKP) sədri olmaq istədiyi iddia edilir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni çağ” qəzeti məlumat yayıb.

Abdullah Gülün keçmiş müşaviri Əhməd Takan Gülün seçkilərdən əvvəl bu təkliflə Ərdoğana müraciət etdiyini iddia edib:

“AKP-li vəkillər qruplar şəklində iclaslar keçirir. Ərdoğan isə bu iclasları izləyir. Hökumətə yaxın mənbələrdən aldığım məlumata görə, Abdulla Güllə Ərdoğan arasında görüşlər sıxlaşıb. Gül istəyib ki, Ərdoğan seçkidən əvvəl AKP-nin qurultayını keçirsin və ona partiya sədrliyi versin. Prezidentin Gülü diqqətlə dinlədiyini, amma təklifinə indiyə qədər nə hə, nə də yox deyib”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti