Obamanın qara günləri başlayır - VİDEO

Obamanın qara günləri başlayır - VİDEO
  15 Noyabr 2014    Oxunub:2118
ABŞ prezidenti Barak Obama üçün impiçment təhlükəsi yaranıb.

Prezident Obama vaxtından əvvəl təqaüdə göndərilə bilər.

Belə ki, prezidentin immiqrasiya islahatlarından narazı qalan Respublikaçilar partiyasının nümayəndələri ona impiçment etməyə hazırlaşır. .

Konqresə keçirilən aralıq seçkilərdə üstünlük qazanan Respublikaçilar Obamanının öz səlahiyyətlərindən sui-istifadə istifadə etdiyi təqdirdə onun hakimiyyətdən getməsi məsələsinin qaldıracaqlarını bəyan ediblər.

Keçən həftə Ağ Ev rəhbəri ABŞ-ın miqrasiya sistemində dəyişikliklər etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyi haqda xəbərdarlıq etmişdi.

“Əgər həqiqətən respublikaçılar ciddi şəkildə bizim miqrasiya sistemimizi düzəltməyə çalışırlarsa, bunun üçün onların bütün imkanları var” prezident deyib.

Respublikaçıların cavabı isə özünü gecikdirməyib. Senator Mitç Makonnellerin sözlərinə görə, ştatlar rəhbərinin bu cür davranışı “öküzə qırmızı parça göstərmək” kimi bir şeydir.(ans)




Teqlər:





Xəbər lenti