Pulunu balta kəsməyən amerikanlar -Siyahı
Belə milyarderlərin təcrübəsi göstərir ki, istedad və bacarıq, inad və azacıq bəxt uğur qapısının açarıdır. Onların bir neçəsinin maraqlı həyat tarixçəsinə nəzər salaq.
“WhatsApp” messencerinin yaradıcısı Yan Kumun 37 yaşı var. O, 16 yaşında olarkən Ukraynadan ABŞ-a köçən ailəsi Kaliforniya ştatının Maunten-Vyu şəhərində əldə etdikləri kartoçka ilə alınan ərzaqla dolanırdı. 2009-cu ildə Y.Kum və şəriki Brayan Ekton bütün dünyadakı insanları real zamanda birləşdirən ünsiyyət proqramını hazırlayır.
Hazırda istifadəçilərinin sayı 600 milyona çatan “WhatsApp” bu il “Facebook” şirkəti tərəfindən 19 milyard dollara satın alınıb.
On beş il bundan əvvəl “Alibaba” şirkətini təsis edən Cek Ma Çinin Hançjou şəhərində anadan olub və kasıbçılıq içərisində böyüyüb. O, kollecə iki dəfə imtahan verdikdən sonra qəbul olunub. Kolleci bitirərək sonra ingilis dili müəllimi işləməyə başlayıb. Cek Ma interneti ilk dəfə 1995-ci ildə ABŞ-a səfər edərkən görüb. Bundan bir qədər sonra Çinin ilk veb-startapına çevrilən “China Pages” məlumat saytını təsis edib. 1999-cu ildə isə “Alibaba” şirkətini qurub. Hazırda bu internet mağazası nəinki Çində, hətta bütün dünyada ən populyar şirkətə çevrilib.
“IKEA” şirkətinin yaradıcısı İnqvar Kamprad 7 yaşı olanda qonşularına kibrit, qələm, bayram açıqcaları və yeni il bəzəkləri satardı. 17 yaşında “IKEA” şirkətini quran İ.Kamprad 21 yaşında mebel satışına başlayır və beləcə “IKEA” imperiyası yaranır. Hazırda şirkətin 42 ölkədə 340-dan çox mağazası fəaliyyət göstərir.
Pakistandan ABŞ-a gələn Şahid Xan burada saatı 1 dollar 20 sentə qab yuyur, eyni zamanda İllinoys ştatının universitetində təhsil alırdı. Bu gün isə dünyanın ən zəngin adamları sırasında yer alan Xan ABŞ-ın ən böyük özəl şirkətlərindən biri olan “Flex-N-Gate” şirkətinin sahibidir. Bundan başqa “Jacksonville Jaguars” və “Fulham” futbol klubları da ona məxsusdur.
Do Von Çanq və Cin Suk adlı ər-arvad “Forever 21” brendinin yaradıcılarıdır. 1981-ci ildə Koreyadan ABŞ-a gələn Do Von dolanmaq üçün eyni vaxtda üç yerdə - hotel qapıçısı, yanacaq doldurma məntəqəsində operator və kafedə ofisiant işləməyə məcbur olur. 1984-cü ildə onlar ilk dükanlarını açırlar. Hazırda beynəlxalq şəbəkəyə çevrilmiş və 480 mağazaya malik “Forever 21”-in illik gəliri 3 milyard dollara çatır.
Roman Abramoviç 1966-cı ildə Saratovda anadan olub. Bir yaşında anasını, dörd yaşında atasını itirib. Bundan sonra Moskvada dayısının himayəsində yaşayan Poman Komidə sənaye institutunu bitirir və Qərbi Sibirdə neft məhsullarının satışı ilə məşğul olmağa başlayır. Bu gün R.Abramoviç Rusiyanın ən varlı iş adamlarındandır. İri yaxtalara və şəxsi “Boeing 767” təyyarəsinə malik biznesmen, eyni zamanda, İngiltərənin məşhur “Chelsea” futbol klubunun sahibidir.
AzVision.az