Qubada ağır qəza - 1 nəfər öldü

Qubada ağır qəza - 1 nəfər öldü
  17 Noyabr 2014    Oxunub:1388
Qubada yol qəzası baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Quba şəhərində “ZİL” markalı yük avtomobili ilə "NİVA" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyəti məlum olmayan 1 nəfər "NİVA" markalı minik avtomobilində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:  





Xəbər lenti