Nəvəsi İslam Kərimovu devirmək istəyir

Nəvəsi İslam Kərimovu devirmək istəyir
  17 Noyabr 2014    Oxunub:2628
Özbəkistan prezidentinin böyük qızı Gülnarənin oğlu İslam Kərimov bəyan edib ki, o, Özbəkistandakı rejimə qarşı mübarizə aparır.
AzVision.az-ın məlumatına görə, bu barədə kiçik Kərimov “BBC”yə müsahibəsində bildirib.

Prezidentin nəvəsi vurğulayıb ki, ölkədə onu düşmənə çeviriblər: “Mənim uğurumda ölkədə əsl “ov” başlayıb. Mən rejimə qarşı mübarizə aparıram”. Kiçik Kərimov həmçinin bildirib ki, o özü ilə yanaşı anası – Gülnarə Kərimova uğrunda da mübarizə aparır: “Anam da Özbəkistanda hakimiyyət uğrunda gedən mübarizənin qurbanıdır”.

İslam hesab edir ki, onun babasının ölkədəki real vəziyyətdən xəbəri yoxdur və bunun günahkarı onun nənəsi Tatyana Kərimovadır.

“Bir dəfə o (prezident İslam Kərimov) mənə dedi: Mən internetə qoşulmaq istəyirəm, mənə kompüter lazımdır. Mən babamı öyrətməyə başladım. Elə həmin vaxt nənəm məni yanına çağıraraq danlamağa başladı: “Sən öz ağlındasan? Əgər o hər şeyi oxusa və ölkədə baş verənlərdən xəbəri olsa onda nə olar?”. Növbəti dəfə mən babamın evinə gəldikdə modemin olmadığını gördüm, nənəm isə babamın internetin işləmədiyini deməyi tapşırdı”, -Gülnarə Kərimovanın oğlu deyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti