Azərbaycanın nə qədər borcu var?

Azərbaycanın nə qədər borcu var?
  17 Noyabr 2014    Oxunub:2529
Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı hesabat yayıb. Nazirlikdən AzVision.az-a verilən məlumatda deyilir ki, hazırda Azərbaycanın xarici dövlət borcu 6,380.7 milyon ABŞ dolları və ya 5,005.1 milyon manatdır. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 8.5 faiz təşkil edir.

Borc vəsaitlərinin 7.4 faizi 10 ilə qədər, 61.3faizi 10 ildən 20 ilə qədər, 31.3 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi belədir - XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 63.7 faiz, avro – 21.7 faiz, yapon iyeni – 2.2 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.


Teqlər:  





Xəbər lenti