Vahid Ələkbərov ən güclü şəxslərin arasında

Vahid Ələkbərov ən güclü şəxslərin arasında
  06 May 2013    Oxunub:1615
Azərbaycanlı iş adamı, “Lukoil”in prezidenti Vahid Ələkbərov Rusiyanın ən güclü şəxslərindən biridir
AzVision.az xəbər verir ki, ABŞ-ın məşhur “Foreign Policy” jurnali dünyanin ən təsirli 500 şəxsinin siyahısını hazırlayıb. Jurnal siyahıya Rusiyadan 23 nəfərin adını daxil edib. Siyahida din adamlari, iş adamlarindan tutmuş maliyyə dünyasinda olan şəxslərin adlari var.

Rusiyada ən təsirli şəxslərin siyahısına başçılığı prezident Vladimir Putin edir. Daha sonra baş nazir Dmitri Medvedyev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankin rəhbəri Sergey İqnatiyev, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimov, Rusiya Gevenlik Şurasının katibi Nikolay Patruşev, FSB Başçısı Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidməti (SVR) Başçısı Mixail Fradkov və Moskva Bələdiyyə sədri Sergey Sobyanin adları siyahıda var.

Rusiyada iş dünyasının güclü şəxsləri isə Qazprom sədri Aleksey Miller, “Lukoil” prezidenti, azərbaycanlı Vahid Ələkbərov, Rosneft Başçısı İqor Seçin, milyarder iş adamı Alişer Usmanov, Alfa Qrup ortaqlarından Mixail Fridman və Interros Holding prezidenti Vladimir Potanindir.

Dünyanın ən güclü 500 şəxsi arasında 50 qadının da adı var.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti