Yol qəzası, sürücünün başı qopdu

  06 May 2013    Oxunub : 609
Yol qəzası, sürücünün başı qopdu
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu ərazisində “VAZ” markalı minik avtomobili ilə “SHAQMAN” markalı yük avtomobili toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin həlak olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bədəndən ayrılmış baş nahiyəsini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: