NATO-dan Rusiyaya zərbə
Son aylar Rusiya hərbi təyyarələrinin NATO-ya üzv ölkələrin hava boşluğuna və Avropa səmasında uçuşlar həyata keçirərək təhlükəsizlik qaydalarını pozması haqqında xəbərlər yayılırdı.
Latviya Müdafiə Nazirliyinin məlumatına görə, Su-27 qırıcısı Baltik dənizi üzərində, Latviya ərazisində tutulub.
Qeyd edək ki, noyabrın 16-da NATO baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya hərbi təyyarələri Avropanın sərnişin laynerləri üçün təhlükə yaradır.
Bu gün İsveç mətbuatında Rusiya hərbi təyyarəsinin İsveçin hava boşluğunda aşkar edildiyini yazıb. İsveç hökuməti bu xəbərləri təkzib edərək, təyyarənin Fransa Hərbi Hava Qüvvələrlərinə aid olduğunu bildirib.(anspress)