Milli Məclis büdcə müzakirəsinə başlayır

Milli Məclis büdcə müzakirəsinə başlayır
  18 Noyabr 2014    Oxunub:1891
Bu gündən başlayaraq Milli Məclisin ardıcıl 3 gün iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxildir:

1. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında.

7. "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti