Helikopterdəki meyitlər bu gün təhvil verilə bilər
O, bildirib ki, BXQX isə meytlərin taleyinin aydınlaşdırılması ilə bağlı tərəflərlə dialoqu davam etdirir:
“Cəbhə xəttində keçiriləcək olan monitorinqdə BQXK-i iştirak etməyəcək. Komitə meyitlərin qaytarılması ilə bağlı bütün tərəflərlə danışıqlar keçirir. BQXK-nin bütün cəhbəyanı zonlarda fəaliyyət göstərir. Komitə Əlibəylidə, Koxanəbidə, Ağdamda, Tərtərdə müxtəlif fəaliyyətlər həyata keçirir. BQXK cəbhəyanı zonalarda gündəlik olaraq fəaliyyətdədir”.
Məsələ ilə əlaqədar olaraq ATƏT-in Bakıdakı ofisi ilə əlaqə saxladıq. Oradan isə bildirlidi ki, bu işlər ATƏT-in Gürcüstandakı ofisi məşğul olur.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər.
Hafiz Əhmədov