Azərbaycanda neçə ailə ipoteka ilə ev alıb?

Azərbaycanda neçə ailə ipoteka ilə ev alıb?
  18 Noyabr 2014    Oxunub:2375
“Bu günə qədər 15 400 ailə İpoteka Fondu vasitəsilə kredit alıb”.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitin artırılmasına görə həmkarlarına da təşəkkür edib:

“Bilirsiz ki, Dövlət İpoteka Fondu Mərkəzi Bankın nəznində fəaliyyət göstərir. Həmkarlarıma təşəkkür edirəm ki, İpoteka Fonduna ayrılan məbləğ 10 milyon artırılıb. Bu, olduqca ciddi rəqəmdir. Təxminən məbləğ 50 milyon manata çatdırılıb. Hesab edirəm ki, bu çox düzgün addımdır. Lakin bütövlükdə ipoteka portfeli 1 milyard manatdır. Yəni ki, əhaliyə verilən ipotekanın məbləği 1 milyard manatdan artıqdır. Bunun 600 milyonu ipoteka xətti ilə verilib, yəni dövlətdən aldığı və özünün cəlb etdiyi vəsaitlər hesabına. Digər 400 milyon manat isə bankların öz vəsaitləri hesabına verilib”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti