`Azərbaycanda inflyasiya aşağı səviyyədədir`
“Ölkənin rəqabət qabiliyyətini təşkil edən əsas göstəricilərindən biri bizim əsas ticarət tərəfdaşlarımızla olan inflyasiyadır. Bu ölkələrdə inflyasiya əsasən 4.3 faiz təşkil edir və bu Azərbaycana həmin ölkələrlə müqayisədə rəqabət üstünlüyü verir. Əhalinin pul gəliri artımı inflyasiya tempini təxminən 4 faiz üstələyir. Hazırda Azərbaycanda inflyasiya inkişaf etmiş ölkələrdəki səviyyə ilə eynidir. Müqayisə üçün deyim ki, 2014-cü ilin sonuna orta illik inflyasiya inkişaf etmiş ölkələr üzrə 1.6 faiz, inkişaf etməkdə olan ölkələr üzrə 5.5 faiz səviyyəsində gözlənilir. 2014-cü ilin 9 ayında xarici ticarət tərəfdaşlarımızla qeyd etdiyimiz kimi inflyasiya 5 faizə yaxındır”.
Anar Kəlbiyev
Teqlər: