Azərbaycanda 5 milyon insanın borcu var

Azərbaycanda 5 milyon insanın borcu var
  19 Noyabr 2014    Oxunub:2531
“Azərbaycanda kommersiya banklarının verdiyi kredit faizləri çox yüksəkdir”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib. Millət vəkilinin sözlərinə görə, ölkədə 5 milyona yaxın insan kredit götürüb:

“Kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcələri çox yüksəkdir. Faizlərin aşağı salınmasına ehtiyac duyulur. Bəlkə, faizlərin aşağı salınması üçün Mərkəzi Banka əlavə səlahiyyətlər verək və bu yolla insanları kommersiya bankının nəhəng mədəsindən xilas edə bilək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti