Boston terrorçusunun dəfninə icazə verilmədi

Boston terrorçusunun dəfninə icazə verilmədi
  06 May 2013    Oxunub:1343
Boston marafonu zamanı partlayışda şübhəli bilinən Tamerlan Tsarnayevin Kembricdə dəfninə icazə verilməyib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Boston partlayışında şübhəli bilinən Tamerlan Tsarnayevin cəsədinin Kembric şəhərində dəfninə icazə verilməyib.

Kembric şəhərinin meri Robert Hili bildirib ki, Tsarnayev Amerikanı vətəni adlandırsa da onun Kembric şəhərində dəfn olunması azuolunmazdır.

“Müəyyən etdim ki, Tamerlan Tsarnayevin cəsədinin Kembric qəbiristanlığında dəfn olunması insanları maraqlandırmır” – Hili əlavə edib.

Bacısı oğlunun əməlinin ailəsi üçün “utanc” olduğunu söyləyən Tsarnayevin dayısı Ruslan Tsarni Tamerlanın cəsədinə yiyə durmaq üçün ABŞ-ın Massaçusets ştatına gəlib. Ruslan Tsarninin sözlərinə görə bacısı oğlu müsəlman qaydalarına uyğun qaydada dəfn ediləcək. Tsarni dəfnlə ələqəli bütün işləri öz üzərinə götürüb.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti