İRAN: “Azərbaycanla münasibətlərimizə...”

İRAN: “Azərbaycanla münasibətlərimizə...”
  06 May 2013    Oxunub:883
İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi Qərbi Azərbaycan vilayətinə səfər edib.
AzVision.az-ın İran KİV-ə istinadən verdiyi məlumata görə, Ə. Vəhidi Poldəşt şəhərinin əhalisi qarşısında çıxışı zamanı İran-Azərbaycan münasibətlərindən danışıb.

Nazir bildirib ki, qonşu ölkələrlə əməkdaşlıq münasibətlərinin qurulması İranın prinsipial siyasətidir: “Poldəşt şəhərinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşməsi mühüm əhəmiyyət kəsb edir. Ancaq bəzi görünən və görünməz əllər İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərini pozmağa çalışırlar. Lakin biz əlaqələrimizi gücləndirməklə qonşu ölkələrlə münasibətlərimizə müdaxilə edilməsinə və pozulmasına imkan verməyəcəyik”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti