Yatsenyuk və Poroşenko birləşir

Yatsenyuk və Poroşenko birləşir
  19 Noyabr 2014    Oxunub:1750
Ukrayna baş naziri Arseniy Yatsenyuk ölkə prezidenti Pyotr Poroşenko tərəfindən irəli sürülən koalisiya barədə sazişi imzalamağa hazır olduğunu bəyan edib.
Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər verir.

“Mən detallı şəkildə koalisiya haqqında sazişi imzalayıb və açıq şəkildə bəyan edirəm ki, mən sazişin yekun variantına öz imzamı qoymağa hazıram”, - deyə Yatsenyuk bildirib.
Koalisiya haqqında danışıqlar barədə 5 partiya iştirak edir – “Pyotr Poroşenko bloqu, “Xalq Cəbhəsi”, “Özünəkömək”, “Oleq Lyaşko radikal partiyası və “Batkivşina” partiyası.

Qeyd edək ki, oktyabrın 26-ı parlament seçkiləri keçirilib. Ukrayna MSK-nın məlumatına görə, Radaya daha dörd partiya daxil ola bilib. Bunlar 10,97% səslə Lvov şəhər meri Andrey Sadavovun “Özünəkömək”, 9,43% - lə “Müxalifət bloku”, 7,44% səslə “Oleq Lyaşkonun radikal partiyası” və 5,58% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi
Digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti