“Siqaretin qiyməti qalxmalıdır” - DEPUTAT

“Siqaretin qiyməti qalxmalıdır” - DEPUTAT
  19 Noyabr 2014    Oxunub:2063
“Azərbaycanda siqaretin qiyməti bahalaşmalıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev dilə gətirib.

Onun sözlərinə görə, dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır:

“2010 -cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün isə ölkədə yoxsul səviyyəsində yaşayan insan yoxdur. Bu məqamlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir”.

Deputat bu məqamları əsas götürərək qeyd edib ki, tütün məhsullarında aksiz və əlavə dəyər verilərinin (ƏDV) artırılmasına ehtiyac var:

“Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti