Nazir: “Əsgərlik müddəti azaldılacaq”

Nazir: “Əsgərlik müddəti azaldılacaq”
  06 May 2013    Oxunub:1474
“Lazım gələrsə, əsgərlik müddətini azalda bilərik”.
Türkiyənin müdafiə naziri İsmət Yılmaz hərbi xidmətlə bağlı maraqlı açıqlamalar verib. Nazirin təklifini baş nazir Rəcəb Tayyib Ərdoğan da dəstəkləyib.

Belə ki, Ədalət və İnkişaf Partiyasının mətbuata qapalı keçirilən toplantısında, bəzi millət vəkilləri hərbi xidmətlə bağlı irəli sürülən bir çox məsələlərin təxirə salındığını deyib, yeni qərarların qəbul olunmasının vacibliyini vurğulayıb.

Məsələyə münasibət bildirən Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib ki, gözlədiyimiz nəticələri əldə etməmişik və buna görə bu mövzuyla bağlı danışmaq lazım deyil.

O, həmçinin vurğulayıb ki, hazırda əsgərliklə bağlı hər hansı konkret addımlar üzərində çalışmasaq da, lazım gələrsə, əsgərlik müddətini azalda bilərik.

AzVision.az


Teqlər:  





Xəbər lenti