`Təklifləri nəzərə alacağıq` - Nazirdən deputatlara

`Təklifləri nəzərə alacağıq` - Nazirdən deputatlara
  20 Noyabr 2014    Oxunub:1698
Maliyyə naziri Samir Şərifovu Milli Məclisdə 2015-ci il büdcə layihəsinin müzakirəsi zamanı deputatların təklif və iradlarına cavab verib.
Nazir qeyd edib ki, ölkənin müdafiə sahəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb:

“İpoteka kreditlərinin daha da genişləndirilməsi istiqamətində hökumətlə Mərkəzi Bank arasında əməkdaşlıq edilir. Hesab edirəm ki, yaxın vaxtlarda əlavə təkliflər veriləcək. Aqrar sahəyə hər zaman xüsusi diqqət yetirilir. Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün əlavə gələn ilin dövlət büdcəsində 55 milyon manat cəsaitin ayrılması nəzərdə tutulub.

Yenə də təkrar edirəm ki, elmə ayrılan vəsait 143 milyon manat təşkil edir. Bu bölmədən maliyyələşən təşkilatların 6 milyon manat büdcədən kənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Cari illə müqayisədə bu 4 milyon manat çox deməkdir. Lakin bu büdcədən kənar gəlir və xərclər mütənasib şəkildə götürülür. Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələr tərəfindən büdcə sifarişləri bizə təqdim olunarkən həmin büdcədən kənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində xeyli az məbləğlərdə vəsait daxil olur.

Misal olaraq cari il üçün elm bölməsinin büdcədən kənar vəsaitin həcmi 14,5 milyon manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə də həmin daxil olmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni cari ilin 1 iyun proqnozuna görə icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 milyon manat təşkil edib. Beləliklə 2015-ci ilin dövlət büdcəsi hazırlanərkən bu məsələlərə baxaraq daxilolmaları azaltmışıq. Bunu baxmayaraq təkliflərə nəzərə alaraq, hansı yollarla elmə ayrılan vəsaitləri artırmaq barədə düşünərik”.

Samir Şərifov qeyd edib ki, dövlət büdcəsində neftin bir barreli üçün 90 ABŞ dolları təyin edilib: “Büdcəmiz riskərin idare edilməsi vəzifəsinə cavab verir. Bunun üçün müəyyən qədər ehtiyatlarımız da mövcuddur. Növbəti ilin büdcəsi gəlirlər baxımından gərgin olsa da tam realistikdir.

Həlli yolları barədə hazırki büdcə layihəsində nəzərə alınması təhlil ediləcək və nəticələr barədə növbəti plenar iclasda əlavə məlumat veriləcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti