“İpotekaya ayrılan vəsait artırılacaq” – Mərkəzi Bankın sədri

“İpotekaya ayrılan vəsait artırılacaq” – Mərkəzi Bankın sədri
  20 Noyabr 2014    Oxunub:1985
“Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycan ipotekaya olan ilkin tələbat 6 mlrd. ABŞ dolları təşkil edir”.
AzVision.az–ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır: “Ölkənin ciddi maliyyə resursları var. Bu gün bu maliyyə resurslarından istifadə edirik. Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələr aparılır”.

AMB-nin İdarə Heyətinin sədri əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırılır.

E.Rüstəmov həmçinin qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün Alman ipoteka modeli də nəzərdən keçirilir:

“Tikinti-əmanət bankları haqqında qanun layihəsi artıq hazırdır. Bu olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-nin 30%-ni təşkil edir. Burda dövlət çox aktiv rol oynayır. Əhalinin yığımlarını stimullaşdıran bu banka Almaniyanın özündə 8% , başqa İEOÖ-də isə 30%-ə qədər əhalinin yığımına dövlət özü vəsait qoyur. Burda dövlətin xeyri nədir? Bu dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərin artırır. Bu modelin üzərində ciddi düşünürük. Bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti